Ermənistan Hərbi Klinik Hospitalının şöbə müdiri: "Hərbçimizin vəziyyəti çox ağırdır, huşsuz vəziyyətdədir"

Ermənistan Hərbi Klinik Hospitalının şöbə müdiri: “Hərbçimizin vəziyyəti çox ağırdır, huşsuz vəziyyətdədir”
Want create site? Find Free WordPress Themes and plugins.

İyunun 19-da Xankəndində başından güllə yarası almış müddətli hərbi qulluqçu Yuri Zaxaryan (1997-ci il təvəllüdlü) İrəvandakı hərbi hospitala yerləşdirilib.

A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının reanimasiya şöbəsinin müdiri Qayane Ovvanisyan deyib.

“Vəziyyəti çox ağırdır, huşsuz vəziyyətdə olan hərbi qulluqçu süni nəfəs aparatına qoşulub. Xankəndində əməliyyat olunub. Hazırda əməliyyata ehtiyac yoxdur”, – deyə Ovannisyan qeyd edib.

“Həyatı təhlükəsi varmı?” sualına Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının reanimasiya şöbəsinin müdiri müsbət cavab verib.

O həmçinin xatırladıb ki, iyunun 17-də daha iki hərbçi Qarabağdan Ermənistana gətirilib. Onların vəziyyəti sabitdir, yaralılar nəzarətdə saxlanılır.

“Mina partlaması səbəbindən başından xəsarət alan Armen Vardanyanın (1997-ci il təvəllüdlü) hazırda əməliyyata ehtiyacı yoxdur. Digər əsgər isə gözlərindən zədələnib. O isə Malayana adına mərkəzdə əməliyyat olunub”, – deyə Ovannisyan vurğulayıb.

Qeyd edək ki, 16 və 17 iyun tarixlərində cəbhədə baş verən gərginlik zamanı 4 erməni əsgəri ölüb 3-ü isə yaralanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar