Ermənistan hökuməti istefaya göndərilib

Ermənistan hökuməti istefaya göndərilib
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Ermənistan hökuməti istefaya göndərilib.

A24.Az xəbər verir ki, Ermənistanın aprelin 9-da and içmiş yeni prezidenti Armen Sarkisyan bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla baş nazir də daxil olmaqla bütün nazirlər və hökumətin digər üzvləri işdən çıxarılıblar.

Qeyd edək ki, aprelin 9-16-da Ermənistanın baş naziri postuna namizədlər irəli sürüləcək. Aprelin 17-də Ermənistan parlamentində yeni baş nazir seçiləcək. Yeni baş nazir isə yeni hökuməti formalaşdıraraq, prezidentə və parlamentə təqdim edəcək. Hökumət mayın 1-10 arası formalaşdırlacaq. Bu posta Ermənistan hakim Respublikaçılar Partiyasının sədri, keçmiş prezident Serj Sarqsyanın gətiriləcəyi gözlənilir.

(Report)

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar