Ermənistan Müdafiə Nazirliyi təsdiqlədi: "Azərbaycanla təmas xəttində atışma..."

Ermənistan Müdafiə Nazirliyi təsdiqlədi: “Azərbaycanla təmas xəttində atışma…”
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanın bəzi informasiya saytları ölkə rəhbərliyinə daxil olan bir sıra rəsmilərin Qarabağdakı situasiya ilə bağlı təşvişə düşdükləri barədə xəbərlər yayıblar.

A24.Az-ın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün Facebook səhifəsində Azərbaycanla təmas xəttində atışmanın ara-sıra davam etdiyini bildirsə də, situasiyanın təhlükəli olmadığını vurğulayıb.

“Hazırda əməliyyat və taktiki vəziyyət sabitdir”, -deyə o bildirib. Artsrun Ovannisyan qeyd edib ki, Qarabağdakı işğalçı ordu vəziyyəti nəzarət altında saxlayır. O, medianı dezinformasiya və yoxlanılmamış məlumat yaymaqdan çəkinməyə çağırıb.

Qarabağ seperatçılarının təmsilçisi David Babayan da mediaya Qarabağdakı vəziyyətlə bağlı açıqlama verib. O, təmas xəttində qeyri-adi heç bir şeyin baş vermədiyini bildirərək, Azərbaycan tərəfini atəşkəsi pozmaqda ittiham edib. O, Qarabağdakı erməni ordusunun vəziyyətə nəzarət etdiyini söyləməyi də unutmayıb:

“Hazırda hər iki tərəfdən cavab atəşləri açılır. Amma vəziyyət o həddə çatmayıb ki, biz apreldə olduğu kimi yeni müharibənin başlandığı barədə həyəcan siqnalı verək.  Vəziyyət aprel müharibəsindən sonrakı situasiyadan fərqlənmir, dəyişməyib”.

Xatırladaq ki, Ermənistanın bəzi KİV-ləri və sosial şəbəkələrində yayılan məlumata görə, ötən gün Qarabağda bir neçə erməni hərbçi ağır ayaralanıb. Hələlik rəsmilər onların dəqiq sayını açıqlamasalar da, 2 əsgərin ağır durumda olduğu rəsmən etiraf olunub./Modern.az/

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Banner
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar