Ermənistan müxalifəti bu gün mitinqə çıxır

Ermənistan müxalifəti bu gün mitinqə çıxır
Want create site? Find Free WordPress Themes and plugins.

Finişə yaxınlaşırıq, yaxın günlər Ermənistan xalqı üçün adi olmayacaq”.

a24.az” Azadlıq Radiosuna istinadən bildirir ki, bunu noyabrın 30-da jurnalistlərə “Yeni Ermənistan” hərəkatının lideri Jirayr Sefilyan deyib.

O bildirib ki, sabahdan başlayacaq daimi mitinqlər üçün Azadlıq meydanında çadırlar da qurula bilər.

O qeyd edib ki, hərəkat bununla bağlı şəhər meriyasına müraciət edib, amma hələlik cavab almayıb.

Jirayr Sefilyan hakimiyyətin referendumadək dəyişəcəyi və Serj Sarkisyanın devriləcəyinə inandığını bildirib.

Qeyd edək ki, dekabrın 6-da Ermənistanda konstitusiya düzəlişləri ilə bağlı referendum keçiriləcək.

Söhbət Ermənistanın parlament üsul-idarəsinə keçməsindən gedir.

Dəyişiklikdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar