Ermənistan ordusu niyə aprel hadisələrini təkrarlamağa çalışır? – FAZİL MUSTAFA AÇIQLAYIR

Ermənistan ordusu niyə aprel hadisələrini təkrarlamağa çalışır? – FAZİL MUSTAFA AÇIQLAYIR
Want create site? Find Free WordPress Themes and plugins.

“Aprel savaşından sonra Ermənitsan tək başına belə bir cəsarətli addım ata bilməzdi. Görünür, müəyyən qüvvələr onları təhrik edirlər ki, hücumlar təşkil etsinlər”

Bu fikirləri A24.Az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa 2017-ci ildə “Qarabağ” münaqişəsinin həll edilməsinin mümkünlüyünü şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, açığı 2017-ci il ərzində “Qarabağ” probleminin həlli mümkün  görünmür:

“Azərbaycanla Ermənistan arasında olan gərgin münasibətlər buna əsas vermir. Digər tərəfdən Rusiyanın özünün də bölgədə fəaliyyətinin fərqli formada inkişaf etməsi demək olar ki, bölgədə nəzarəti itirməsi problemin həllinə müsbət bir baxış ortaya qoymur. Rusiya da bu münaqişənin həll olunmasını istəmir. Əgər Rusiya istəsə, ən azından Ermənistanın müəyyən mənada maraqlarına toxunaraq, məsələnin həll edilməsinə nail ola bilər. Amma Rusiya bunu istəmir. Şimal qonşumuz birbaşa Azərbaycan maraqlarının tapdanmasına daha çox üstünlük verir. Çünki işğalçının stimullaşması bilavasitə Rusiyaya aid ola məsələdir. Ona görə də bu siyasət dayanmalıdır. Ancaq hələ də dayanmır. Bu baxımdan da hər halda xoşagələn situasiya deyil. Münaqişənin bu il həlli məsələsi nikbin bir proqnoza uyğun gəlmir. Çox güman ki, bu məsələnin həlli biraz da uzanacaq”.

Deputat son günlər cəbhədə baş verən gərginlikdən söz açarkən bildirib ki, bu, ermənilərin tək başına təşkil etdiyi hücum deyil:

“Cəbhədəki son günlərdəki vəziyyət müharibənin davamı olduğunu göstərir. Çünki bir an belə olsun müharibə dayanmayıb. Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarındakı mövqeyi dağlıq olduğuna görə, onlar üçün əlverişli olsa da (dağlıq əraziləri tutublar və daha az qüvvə ilə müdafiə olunma imkanına sahibdirlər, bizdə isə aşağı ərazilər əlimizdə olduğuna görə müəyyən problemlər və çətinlikər də buradan qaynaqlanır) Azərbaycan ordusu, əsgərlərimiz həqiqətən də böyük bir qəhrəmanlıqlar göstərirlər. Əslində belə əlverişsiz mühitdə bu cür hücumları dəf etmək olduqca çətindir. Cəbhədə ermənilərin hücum təşkil etməsində kimlərinsə onları təhrik etməsi unudulmamalıdır. Çünki aprel savaşından sonra Ermənitsan tək başına belə bir cəsarətli addım ata bilməzdi. Görünür ki, müəyyən dərəcə onları da təhrik edirlər ki, hücumlar təşkil etsinlər. Çünki bölgədə vəziyyətin gərginləşməsi ancaq o ölkələrin marağına uyğundur ki, onlar bu konfliktdən ən çox dvident götürürlər”, – deyə F.Mustafa əlavə edib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı.

Lakin meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş şərtləri pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb. Eyni zamanda, cəbhənin digər istiqamətlərində düşmən tərəfi mövqelərimizi müxtəlif çaplı silahlardan, artilleriya qurğularından atəşə tutub və bir neçə istiqamətdə planlı surətdə diversiya həyata keçirməyə cəhd göstərib. Təəssüflər olsun ki, Ermənistanın bu hərəkəti yenə də beynəlxalq vasitəçilər tərəfindən qeydə alınmayaraq müvafiq qiymət verilməyib.

Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Banner
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar