Ermənistan psixoloji dispanserlərində baş verən dəhşətlər

Ermənistan psixoloji dispanserlərində baş verən dəhşətlər
Want create site? Find Free WordPress Themes and plugins.

Səfalət içində yaşayan Ermənistanda kişilər tez-tez intihar edir. Ailəsini dolandıra bilməyən və ölkəni tərk etmək imkanı olmayanlar çıxış yolunu o biri dünyaya köçməkdə görürlər. 

“A24.az” məlumat verir ki, 2013-ci ildə ruhi-əsəb dispanserində qeydiyyatda olan 53 xəstənin intihara cəhd halı qeydə alınıb ki, bunun da 27-si ölümlə nəticələnib. Ruhi xəstələrin 45-i 2012 -ci ildə intihara cəhd edib, onlardan 17-nin həyatını xilas etmək mümkün olmayıb.

Amma ən dəhşətli proseslər isə psixoloji dispanserlərdə cərəyan edirmiş.

Ermənistanın Səhiyyə Nazirliyinin 2014-cü il hesabatına görə, ölkədə əqli xəstəliklərin əsas səbəbləri ağır sosial-iqtisadi vəziyyət, xətəliklər və Qarabağ münaqişəsidir. Bu mövzuda ölkə Rusiya, Belarus və Moldovadan daha pis vəziyyətdədir.

Milli Səhiyyə İnstitunun (MST) məlumatına görə, ümumilikdə 46048  ruhi xəstə qeydə alınıb. Təkcə 2698 nəfər daimi müalicə kursu keçir. MST-nun direktoru S. Torosyan bildirib ki, xəstələrin sayı hər il 10% artır. 2010-cu il psixiatrik xəstəliklərin ən çox artdığı il kimi qeydə alınıb. Xəstələr arasında yaşı 18-25 arası olanlar 3000 nəfər təşkil edir. 100-ü 14 yaşına çatmayan uşaqlar, qalanı isə orta yaşlı nəslin nümayəndələridir.

Bölgədə gərgin vəziyyət davam etdiyi üçün 2020-ci ildə Ermənisanda psixoloji xəstəliklər II yer tutacaq.

Səhiyyə nazirliyinin Baş psixiatrı 2015-ci il üçün tədbirlər planını açıqlayıb. Psixoloji problemi olan xəstələr üçün tolerant mühit yaradılması ideyasını irəli sürüb. Lakin Ermənistanın psixoloji dispanserlərində baş verən intihar hallarının geniş yayılması “tolerant mühit”in hansı həddə olmasından xəbər verir.

Psixoloq-cəlladlar bu cür xəstələri “sağaltmaq” üçün müxtəlif yollara əl atırlar. Qeyd edək ki, ölkə üzrə qeydə alınan xəstələrin sayı 46000 olsa da, psixoloji dispanserlər cəmi 1200 xəstə qəbul edə bilir. Yerdə qalan təxminən 45000 insanın taleyi qeyri-müəyyən olaraq qalır. Faktiki olaraq onlar diqqətsizlik və məsuliyyətsizliyin qurbanı olur.

Təkcə cari ilin yanvar ayı ərzində dispanserlərdə 27 dəhşətli intihar hadisəsi baş verib…

…Ermənistanın Ararat rayonunun mərkəzində yerləşən psixoloji dispanserin qarşısında etirazçılar toplaşıb. Onların sözlərinə görə, burada xəstələrə amansız işgəncələr verilir. Onlar bu xəstəxanada həkimlərin və polislərin özbaşınalığına etirazlarını bildirirlər. İctimai zorakılığa qarşı reaksiya kəskin olduğu üçün Səhiyyə nazirliyi öz tərkibində ayrıca psixiatrik komitə yaradıb. Bu komitə həmin dispanserdə müalicə alan Armen Mixtaryan haqqında faktları əldə edib. Və hətta baş verənlərlə bağlı Ombudsman özü də fəaliyyətinin 50%-ni dispanserlərə ayırıb. Sözügedən dispanserlərdə baş verən cinayətlərə nəzər salaq:

Ararat mahalında su kəmərinə zərər verdiyi üçün Haik Aloyan adlı şəxs həbs edilib. Məhkəmə zamanı ona ruhi xəstə diaqnozu qoyulub və psixiatrik xəstəxanaya göndərilib. İki uşaq atası olan sağlam adam xəstəxanada müqavimət göstərdiyi üçün kəndirlə boğulub. Qətldən sonra isə ona verilən dəli adı bir az da şişirdilərək “intihar etdi” kimi qələmə verilib.

“Henaran.am” saytının məlumatına görə, xəstələr qəddar üsullarla müalicə olunur. Məsələn, 2014-cü ilin dekabrında  Armen Qriqoryan adlı şəxs özündən gedənə qədər çubuqla döyülüb. Xəstəxananın verdiyi məlumata görə, o, digər xəstələr tərəfindən işgəncəyə “məruz qalıb”. Amma belə bir sual ortaya çıxır. Xüsusi nəzarət altında olan xəstələrdə çubuqların nə işi var?!

Bu, dispanserdə baş verən ilk belə hal deyil. İki xəstə boğulub, başqa iki xəstə isə özünü pəncərədən atıb. Bunları öz üzərinə götürməyən xəstəxana rəhbərliyi isə bütün məsuliyyəti özlərini sübut edə bilməyən xəstələrə yükləyir.

Ermənistanın hüquq-müdafiəçiləri aktrisa və müğənni Sona Avakyanın başına gələnləri araşdırıb. Məlum olub ki, orada xəstələrə məcburi şəkildə psixotrop maddələr yeridilir, yatızdırılır və başlarına dəhşətli oyunlar açılır. Həmin xəstəxanada müəyyən vaxt müalicə alan Avakyan 13 dəqiqəlik videorolikdə bunları bütün dünyaya çatdırıb. Hətta o, iddia edir ki, psixi dispanserə yerləşdirilən xəstələrin 90%-nin üstündən qara  xətt çəkilir. Yəni onların axtarılmadığından əmin olandan sonra bütün dəhşətli üsullar tətbiq edilir.

Ermənistan dispanserlərində xəstələri sağaltmaq yerinə, onların ölümünü daha da tezləşdirir və yeni qurbanlar gözləyirlər. S. Avakyan bildirir ki, həmin öldürülən insanların orqanları isə satılır.

Qeyd edək ki, haqqında danışdığımız faktlar məhdud da olsa, Erməni mətbuatının öz məhsuldur. Buna görə də güman etmək olar ki, ölkədə daha gizli proseslər baş verir və insan amili ayaq altına atılır.

(Atvxeber.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar