Ermənistanda müdafiə nazirliyinə məxsus avtomobil qəza törətdi - Yaralılar var - FOTOLAR

Ermənistanda müdafiə nazirliyinə məxsus avtomobil qəza törətdi – Yaralılar var – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanda müdafiə nazirliyinə məxsus avtomobil qəza törədib.

A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu gün saat 14:30-da Ararat vilayətində Yerasxavan-Zanqakatun avtomobil yolunda, Ermənistan müdafiə nazirliyinə məxsus “ZİL-131” markalı avtomobili ilə “Opel” markalı avtomobil toqquşub. Hadisə nəticəsində 3 nəfər yaralanıb. Xəsarət alanlar Ararat rayon tibb mərkəzinə aparılıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin rəsmiləri mətbuata açıqlamasında qeyd ediblər ki, hadisəyə səbəb “Opel” markalı avtomobilin sürücüsü olub.

Qəza ilə bağlı məlumatların toplanıb, Ermənistanda müdafiə nazirliyinə veriləcəyi də bildirilib. Baş vermiş toqquşma ilə bağlı başqa açıqlama verilməyib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar