Ermənistanda Paşinyana qarşı qaldırılmış cinayət işi bağlanıb

Ermənistanda Paşinyana qarşı qaldırılmış cinayət işi bağlanıb
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanın hüquq-mühafizə orqanları kütləvi aksiyalar zamanı baş nazir Nikol Paşinyana və onun bir neçə tərəfdarına qarşı qaldırılmış cinayət işini bağlayıblar.

A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Qurumun saytında bildirilir ki, iyunun 21-də Ermənistan Respublikasının Xüsusi İstintaq Xidməti həmin şəxslərə qaşrı cinayət işinin bağlanması cinayət təhqiqatının dayandırılması və cinayət işinin bağlanması barədə qərar qəbul edib.

Ermənistan müxalifətinin rəhbəri Nikol Paşinyan mayın 8-də ölkənin baş naziri seçilib. Bu, Yerevanda keçirilən kütləvi etiraz aksiyaları fonunda baş verib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar