Ermənistanda ticarətçilər ayağa qalxdı - Əhali işsiz qaldı

Ermənistanda ticarətçilər ayağa qalxdı – Əhali işsiz qaldı
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanda “Firdusi” bazarının sökülməsi əhali arasında kəskin etiraza səbəb olub.

A24.Az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə,  “Firdusi” bazarının tamamilə sökülməsi dünən başa çatıb. Ağır texnikalar yarmarkanın ərazisindən artıq aparılıb. Bazarın sökülməsi xəbərdarlıq edilmədən sökülməsi orda çalışan ticarətçiləri ayağa qaldırıb. Onlar bildirirlər ki, dövlətin bu cür addım atmasına çox məyus olublar: “200 nəfər işsiz qalıb, onlar bu haqda nəsə düşünürlər? Biz işləyib, kreditlərimiz verirdik, dövlətə vaxtında vergi ödəyirdik. İndi işsiz qalmışıq. Birinin uşağı əsgərdi, digərininki tələbə, hələ körpə uşaqlı olanlar da var. Bu qədər problemlə indi biz nə etməliyik? Biz onların düşməni deyilik. Onlarda vicdan var? Biz nə edək ki, Rusiyaya işləməyə getməyək. Dövlət bizi çox məyus etdi. Ən azından bir ay əvvəl bizə vaxt versəydilər, münasib bazarlarda yarmarkalarda qiymətə uyğun yer tapmaq olardı”, – deyə bazarda çalışan ticarətçilər bildiriblər.

Məlumatda həmçinin o da qeyd olunub ki, artıq bazarda çalışan ticarətilərin heç biri ölkədə bizneslə məşğul olmaq istəmirlər.

Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar