“Ermənistanı ciddi bədbəxtlik gözləyir” - Ohanyan

“Ermənistanı ciddi bədbəxtlik gözləyir” – Ohanyan
Want create site? Find Free WordPress Themes and plugins.

“Hazırda mövcud olan sistem, iqtisadi siyasət Ermənistanın inkişaf imkanlarını sıfıra endirir”.

A24.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan bildirib.

Onun sözlərinə görə, indiki vəziyyət Ermənistan üçün dönüş nöqtəsidir: “Ya biz vəziyyətin ciddiliyini, qarşımızdakı çağırışın dərinliyini anlayırıq, ya da bizi ciddi bədbəxtlik gözləyir”.

Sabiq nazir qeyd edib ki, Ermənistana yeni elita, xalqa isə yeni iqtisadi siyasət və mühit lazımdır: “Gizlətmirəm, mənə yüksək vəzifələr təklif olunub, lakin mən bundan imtina etmişəm. Mənim indiki siyasi elitanın heç bir üzvü ilə problemim yoxdur. lakin mən özümü bu hakimiyyətin tərkibində görmürəm. Çünki bizim yanaşmalarımız fərqlidir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar