Ermənistanın daha bir deputatı həbs edildi

Ermənistanın daha bir deputatı həbs edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistan Milli Təhlükəsizlik Xidməti deputat Arakel Movsisyanın yaşadığı evdə axtarış aparıb.

“A24.az” “Report”a istinadən xəbər verir ki, o, keçmiş hakim Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının üzvüdür.

Məlumata görə, axtarışdan sonra Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları A.Movsisyanı da özləri ilə aparıblar.

A.Movsisyan 1966-cı il avqustun 20-də Eçmiadzində anadan olub. 1992-1997-ci illərdə Xankəndi Pedaqoji İnstitutunun Hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsində təhsil alıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında iştirak edib. 2004, 2007 və 2011-ci illərdə Ermənistan parlamentinə deputat seçilib. Ermənistanın keçmiş prezdenti, 30 günlük baş nazir Serj Sarkisyanın Respublikaçılar Partiyasının üzvüdür.

O, qeyri-etik və harın davranışları ilə ad çıxarıb.

Qeyd edək ki, iyunun 19-da ölkə parlamenti Ermənistan müdafiə nazirinin keçmiş müavini, deputat Manvel Qriqoryanın tutulmasına razılıq verib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar