1918

Ermənistanın müdafiə naziri: “Müharibə yenidən başlaya bilər, buna hazırlaşırıq”

“Azərbaycan və Ermənistan Silalı Qüvvələri arasında qarşıdurma yenidən başlaya bilər”. A24.Az-ın məlumatına görə, bu sözləri Ermənistan Müdafiə Naziri Vigen Sarkisyan Lenta.ru-ya verdiyi müsahibəsində bildirib.

“1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs imzalanıb. Təssüf ki, Azərbaycan 1994-cü ildən bu yana atəşkəsi dəfələrlə pozub. Eyni zamanda ATƏT-in Minsk Qrupu üzvlərinin problemin həlli istiqamətində atdığı bütün addımlar iflasa uğramaqdadır. Azərbaycan bu il aprel ayında hücuma keçdi. Ona görə də, biz bütün hazırlıqlarımızı müharibənin təkrar başlaya biləcəyi hipotezi üzərində qururuq. Eyni zamanda, bölgədə müharibənin başlaması Ermənistan və bölgə ölkələri üçün heç də sərfəli deyil”.

Müdafiə naziri onu da vurğulayıb ki,  hərbi əməliyyatlar başlayarsa Ermənistan Qondarma Dağlıq Qarabağ Respublikasının zamini olaraq baş verə biləcək hərbi toqquşmalara cəlb olunmağa məcbur qalacaq.

“Müharibənin yenidən başlaması bütün Cənubi Qafqaz üçün çox ciddi təhlükə yaradacağı da hər kəsə məlumdur”, -deyə nazir əlavə edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR