Ermənistanın PKK ilə əlaqəsini açıqladı - 12 erməni meyiti ortalıqda qalıb

Ermənistanın PKK ilə əlaqəsini açıqladı – 12 erməni meyiti ortalıqda qalıb
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan üzərində Ermənistanın hərbi forması olan 12 əsgərin meyitini ələ keçirib. Ermənistan isə bunu qəbul etmir.

A24.Az Star qəzetinə istinadən xəbər verir ki, Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəyin sözlərinə görə, Ermənistanın işğal etdiyi Qarabağda PKK-nın 12  tədris düşərgəsi və 1750 hərbçisi var.

“Ermənistan Türkiyə, İran, Gürcüstan və Azərbaycan ilə olan sərhədini Rusiya əsgərlərinə illərdir dövr edib.  Ermənistan sərhəd tanımayaraq bütün qonşularına gizli meydan oxuyur və torpaq tələb edir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında erməni gənclər artıq hərbi xidmət keçmək istəmir. Ermənistanda səfərbərlik dövrü gələndə gənclər əsgərliyə getmir, Avropa və ya Rusiyaya qaçırlar. Ona görə də erməni analar 2016-cı ildən bəri adi etiraz aksiyaları keçirirlər.  Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, Ermənistan gözünü İranda qeyri-qanuni məskunlaşan 3 milyon əfqan qaçqına dikib. Ermənistan maddi vəziyyəti aşağı olan əfqanlı miqrantlara pul verərək  “PKK-lı əsgər” edir. 5 illik ödənişli hərbi xidmətin qarşılığında Ermənistan vətəndaşlığı  və Avropaya getmək istəyənlərə də viza verirlər. Həmçinin Suriyadan dəstək üçün 400-ə qədər PKK-lı Ermənistana gəldi. Azərbaycanın ölü olaraq ələ keçirdiyi uniformalı 12 cəsəd var. Üzərilərində Erməni uniforması var, amma Ermənistan bunları qəbul etmir. Onlar PKK-dan gələn pullu əsgərlərdir”.

Vüsalə, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar