Əsəbilik, zəiflik, qanazlığı BU VİTAMİNİN çatışmazlığından xəbər verir

Əsəbilik, zəiflik, qanazlığı BU VİTAMİNİN çatışmazlığından xəbər verir
Want create site? Find Free WordPress Themes and plugins.

Vitaminlər orqanizmdə mikrodozalarda mövcud olduğuna baxmayaraq orqanizmdə gedən bütün vacib proseslərdə əsas rollardan birini oynayır.

A24.Az saglamolun.az-a istinadən bildirir ki, bu səbəbdən bu və ya digər vitaminin çatışmazlığı müxtəlif pozulmaların inkişafına səbəb ola bilər.

B12 belə vitaminlərdən biridir. Bu vitamin orqanizmdə gedən bir çox proseslərə təsir edir.
B12 qanyaratma proseslərində əsas rollardan birini oynayır. B12 çatışmazlığı zamanı onurğa beyini hüceyrələrinin bölünmə prosesləri pozulur ki, bu da eritrositlər və digər qan hüceyrələrinin yetişməsini azaldır. Bu səbəbdən B12 vitamininin çatışmazlığı qanazlığına səbəb olur.
B12 vitamini ürək-damar sistemimizi qoruyur, infarkt və insultun inkişafının riskini azaldır
B12 həmçinin qaraciyərin hüceyrələrini bərpa edir, qaraciyərin piylənməsinin qarşısını alır.
B12 vitamini sinir sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir – insanın streslərə olan davamlığını artırır, sakitləşdirir, depressiyanın inkişafının qarşısını alır. Bu səbəbdən B12 vitaminin çatışmazlığı bir çox nevroloji simptomların inkişafına səbəb olur – əsəbilik, əhvalın tez-tez dəyişilməsi, depressiya, yaddaşın zəifləməsi, baş gicəllənməsi və s. Bəzən B12 vitamininin çatışmazlığının simptomları hətta ən ağır nevroloji xəstəliklərdən biri olan dağılmış sklerozun simptomlarına bənzəyir.
B12 osteoporoz (sümük kütləsinin əriməsi) kimi təhlükəli xəstəliyin inkişafının qarşısını alır.
B12 vitaminin çatışmazlığının digər simptomları arasında: dilin iltihabı qlossit (dil qıpqırmızı olur), dəridə arabir sancma, keyimə, qaşınma.
B12 vitamini ət, balıq, yumurta və süd məhsulları ilə orqanizmə daxil olur. Bu səbəbdən pis qidalanan, daim balanslaşdırılmamış pəhrizlərdə oturan insanlarda, vegetarianlarda bu vitaminin çatışmazlığı müşahidə oluna bilər.
Həzm sistemi xəstəlikləri, bəzi dərmanların qəbulu (antibiotiklər, immunomodulyatorlar, C vitamini preparatları və s.) B12 vitamininin orqanizm tərəfindən mənimsənilməsini pisləşdirir.
Həmçinin bu vacib vitaminin çatışmazlığı yaşlı insanlarda da müşahidə oluna bilər.
Orqanizmdə bu vitaminin çatışmazlığı xüsusi laborator analizi vasitəsilə təyin olunur. Daha sonra həkim lazım olan müalicə kursu təyin edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar