Əsəd Ərdoğanı günahlandırdı

Əsəd Ərdoğanı günahlandırdı
Want create site? Find Free WordPress Themes and plugins.

138567632605Türkiyə terrora dəstək verir

“A24.az” saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bəşər Əsəd “Ərdoğan «əl-Qaidə»nin əsasını qoyan «Müsəlman qardaşlar» ideologiyasına bağlıdır” deyərək ABŞ-ın Türkiyəyə təzyiq göstərməsini tələb etdi.

Əsəd ABŞ-da olan jurnalist Conatan Teppermanın “Bir zamanlar gözəl şəxsi münasibətiniz olan Ərdoğanı günahlandırırsınız?” sualına belə cavab verdi:

“Bəli. Çünki o, «əl-Qaidə»nin əsası olan «Müsəlman qardaşlar» ideologiyasına bağlıdır. Bunlar XX əsrin əvvəlində zorakı və siyasi İslama təşviq edən ilk siyasi və dini təşkilatdır. O da həmin dəyərlərə çox inanır. Təəssübkeşdir. Buna görə də İŞID-a dəstək verir. Baş verənlərə görə şəxsən o məsuliyyət daşıyır”.

Suriyadakı müxaliflərin xüsusilə Türkiyədən dəstək aldığını iddia edən Əsəd dedi: “Xaricdən dəstəkləri olmasa, silah almasalar, Suriya daxilində cərgələrinə yeni terrorçular əlavə etməsələr, onlara qalib gəlmək çox asandır. Onlar xaricdən, xüsusən Türkiyədən kömək alırlar. Səudiyyə Ərəbistanı və Qətər də terrorçulara dəstək verir.

Əsəd fikirlərini belə davam etdirdi: “Məncə normal olan, dünyada hər hansı səlahiyyətli şəxsədən xalqının mənfəəti üçün səylər göstərməsini tələb etməkdir. Hər hansı amerikalıdan soruşmaq istərdim: “Bizim ölkəmizdə və bölgəmizdə olan terrorçulara dəstək verməklə nə qazandınız? Misirdə «Müsəlman qardaşlar»a dəstək verməklə nə qazandınız? Ərdoğan kimi bir şəxsə dəstək verməklə nə qazandınız?”

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar