Əsəd rejimi uşaqları öldürür

Əsəd rejimi uşaqları öldürür
Want create site? Find Free WordPress Themes and plugins.

Hücum nəticəsində 6 uşaq həyatını itirdi.

Mülkü Müdafiə qrupunun işçisi Əbu Hatəmin Anadolu Agentliyinin müxbirinə verdiyi xəbərə görə, Hamadaki Kəfər Zeyta qəsəbəsi yaxınlığında olan bədəvilərə aid çadırlara rejim qüvvələrinin təşkil etdiyi “barrel bombalı” hücum nəticəsində 6 uşaq öldü, 15 adam isə yaralandı.

Hadisə yerinə çatdıqda, başqa bir yerə “barrel bombası”nın düşdüyünü deyən Əbu Hatəm, partlayış nəticəsində 100-dən çox heyvanın tələf olduğunu dedi. Əbu Hatəm, Mülki Müdafiə qrupunun partlayışdan zərər görmədiyini açıqladı.

Təxminən 2 ildir vətəndaş müharibəsi səbəbiylə bölgədə yaşayan xalqın çox hissəsi, ya evlərini tərk edərək başqa şəhərlərə köçdü, ya da minimum həyat şərtləri ilə qaçqın düşərgələrindəki çadırlarda yaşamaq məcburiyyətində qaldı. Rejim isə, ölkədə “barrel” və “vakuum bombası”ndan istifadə etməkdə davam edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya

Müzakirə

A24.Az