Əsəd: Türkiyəni Suriyaya ABŞ göndərdi

Əsəd: Türkiyəni Suriyaya ABŞ göndərdi
Want create site? Find Free WordPress Themes and plugins.

Suriya prezidenti Bəşər Əsəd “peyk dövlətlər” olaraq adlandırdığı Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin, Suriyada rəhbərliyi “gözlənilməz bir inqilab bəzəyi” verərək dəyişdirməyə çalışdığını amma bunu bacarmadıqlarını söyləyib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Əsəd həmçinin, Türkiyənin Suriyaya göndərənin ABŞ olduğunu ifadə edib. Rusiyada yayımlanan NTV telekanalına müsahibə verən Əsəd, ölkəsindəki böhranın ABŞ, Fransa və İngiltərədə planlaşdırdığını bildirib, “Peyk dövlətlər” Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər isə birləşdiyi zaman gözlənilməz bir inqilab üçün lazım olan şərait yarada bilmədiklərini görüb, problemə maliyyə dəstəyi verməyə başladılar.

Biz buna nəzarət edə bilmədik”, – deyə əlavə edib.

Müxbir Əsədə ABŞ və Türkiyə arasındakı razılaşmanın nəticəsi olaraq Suriyanın şimalında baş verən işğalı necə dayandıracağını soruşub. “İki yol seçdik. Birincisi və ən önəmlisi atəşkəs idi və buna da nail olduq. Bu yolla bir çox bölgə normal həyata geri qaytardıq. İkinci yol isə, təslim olmayan və atəşkəsə riayət etməyən terrorçulara hücum təşkil etməkdi. Onlarla mübarizə aparacağıq və nəzarəti güc istifadə edərək ələ keçirəcəyik. Əlbəttə, bu bizim üçün ən yaxşı variant deyil, ancaq ölkədə nəzarəti təmin etməyin yeganə üsulu budur”,  – deyə Əsəb sualı cavablandırıb.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar