esger

Əsgərimizin axtarışı üçün beynəlxalq təşkilatlardan kömək istənildi – RƏSMİ

Cəbhə xəttində gərginlik davam edir.

A24.az xəbər verir ki, dekabrın 29-da Azərbaycan Respublikası dövlət sərhəddini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlunun sonrakı taleyinə aydınlıq gətirilməsi məqsədilə aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə araşdırma işləri aparılır.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məlumatda həmçinin bildirilib ki, araşdırmanın nəticəsi barədə ictimayyətə əlavə məlumat veriləcək. /modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR