Əsgərlərimiz mövqelərimizə basqın edən 2 düşməni məhv edib

Əsgərlərimiz mövqelərimizə basqın edən 2 düşməni məhv edib
Want create site? Find Free WordPress Themes and plugins.

Noyabrın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib.

“A24.az” xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş zərbəsindən sonra işğalçılar geri çəkilməyə məcbur edilib.

İlkin məlumata görə düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb və xeyli sayda yaralıları var.

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib, əməliyyat şəraiti tam nəzarətimiz altındadır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar