Əsirlikdən xilas edilən körpənin FOTOSU ürək dağladı

Əsirlikdən xilas edilən körpənin FOTOSU ürək dağladı
Want create site? Find Free WordPress Themes and plugins.

İraq ordusu və Haşdi Şabi döyüşçüləri Qərbi Mosulda növbəti əməliyyat aparıblar.

“A24.az” xəbər verir ki, əməliyyatlar nəticəsində uzun müddət İŞİD əsirliyində olan Mosul sakinləri azad edilib.

Əksəriyyəti qadın və uşaqlardan ibarət sakinlər aclıq və susuzluqdan əziyyət çəkiblər. Onlara tibbi və digər yardımlar edilib.

Məlumata görə, azad edilənlər arasında bir körpə daha çox diqqəti çəkib. Aclıq və susuzluqdan son anlarını yaşayan körpə əsgərlərin müdaxiləsindən sonra həyata qayıdıb.

Sakinlərin sözlərinə əsasən, bu vaxta qədər İŞİD terrorçularının əsirliyində bir çox körpə aclıq və susuzluqdan həyatını itirib. Terrorçular hətta körpələrə rəhm etməyib və onlara yardım göstərməyiblər.

İŞİD əsirliyindən azad edilən susuz körpənin fotosu ürək dağladı.

İnter.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar