Etimad İsmayılovun cənazəsi bu gün Bakıya gətirilir

Etimad İsmayılovun cənazəsi bu gün Bakıya gətirilir
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun cənazəsi bu gün axşam saatlarında Bakıya gətiriləcək.

“A24.az” xəbər verir ki, E.İsmayılovun həyat yoldaşı, jurnalist Sevil Nuriyeva da Bakıya gələcək.

İş adamı sabah torpağa tapşırılacaq.

Xatırladaq ki, Etimad İsmayılov İstanbuldakı ofisində Azərbaycanın sabiq polis rəisi Gözəl Dəmirovla mübahisə edib. G.Dəmirov tapança ilə E.İsmayılova 3 dəfə atəş açıb. G.Dəmirov hadisə baş verən ərazidən uzaqlaşıb. Ağır yaralanan E.İsmayılov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Türkiyə polisinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində G.Dəmirov Beşiktaşda saxlanılıb, onunla birlikdə bir nəfər də tutulub.

Qeyd edək ki, Etimad İsmayılov Azərbaycanın sabiq baş prokuroru, Milli Məclisin sabiq deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur.

Report.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar