Etirazçılar geri çəkildi

Etirazçılar geri çəkildi
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanda “Dövriyyə vergisi haqqında” yeni qanuna qarşı etiraz edən ticarətçilər baş nazir Ovik Abramyanla görüşün nəticələrindən razı qalıblar.

“A24.az” məlumat verir ki,  bu barədə dünən Hökumət Evinin qarşısında növbəti etiraz aksiyası keçirən ticarətçilərin baş nazirlə görüşən nümayəndə heyətinin üzvləri məlumat veriblər.

“News.am “saytının məlumatına görə, Ovik Abramyanla görüş zamanı ticarətçilər yeni qanunun mübahisəli tərəflərini və sənədləşmələrlə bağlı bəzi problemləri baş nazirin diqqətinə çatdırıblar. Ermənistanın baş naziri isə bu məsələləri müzakirə edəcəyini və növbəti həftənin ilk günündə onlara cavab verəcəyini vəd edib. Bundan sonra etirazçılar piketi dayandırıblar. Fevralın 2-də isə ticarətçilər baş nazirdən cavab almaq üçün yenidən Hökumət Evinin qarşısına toplaşacaqlar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar