Ev satışında yeni qaydalar - VİDEO

Ev satışında yeni qaydalar – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Ev satışına görə vergi ödəniləndə yeni meyarlar nəzərə alınacaq.

Daşınmaz əmlak vergisi zonaya görə fərqlənəcək. Əvvəllər ev satışına görə vergi ödəniləndə onun dəyəri nəzərə alınırdı. Yəni ev satılarkən onun əvvəlki satış qiyməti ilə hazırkı satış qiyməti müqayisə edilirdi. Lakin müəyyən hallarda evin dəqiq qiymətini öyrənmək çətin olurdu. Yeni qaydalara görə isə vergi ödəmək üçün artıq evin qiyməti yox, onun sahəsi nəzərə alınacaq.

“Əgər ev 10 kv.metrdirsə, hər kv.metrə görə 15 manat hesablanır. Burada zona əmsalı da tətbiq ediləcək. Bildiyimiz kimi Bakı şəhəri 12 zonaya bölünür və bu zonalar 0,7 faizdən 1,5 faizə qədər əmsallar tətbiq olunur” – deyə, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirib.

Vergini hesablamaq üçün vahid qiymət olan 15 manatı evin yerləşdiyi zonanın əmsalına vurmaq lazımdır. Zonanın əmsalı şəhərin mərkəzindən kənarlara doğru getdikcə isə aşağı düşür. Məsələn, şəhərin mərkəzində əmsal 1,5 olduğundan 50 kv.metrlik evin satışına görə 1125 manat, ən ucqar hissələrdə əmsal 0,70 olduğundan eyni sahəli evə görə 525 manat vergi ödənilməlidir.

2016-cı ildən qüvvəyə minməsi gözlənilən yeni qaydalar vergi ödənilməsi zamanı şəffaflığı təmin edəcək. Lakin sözügedən vergilər hər evin satılması zamanı tutulmayacaq. Belə ki, hər vətəndaş satacağı evdə minimum 5 il yaşamalıdır ki, daha sonra evin satışından vergiyə cəlb olunmasın.

“A24.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

https://www.youtube.com/watch?v=_c_qzKJdYj0

https://www.youtube.com/watch?v=Rzkwp_46NS8

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar