Evdə dərman necə saxlanılmalıdır? - VİDEO

Evdə dərman necə saxlanılmalıdır? – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Apteklərdə dərmanlar təlimatina uyğun saxlanılsa da, ev şəraitində çox vaxt buna əməl edilmir -ya bütün dərman vasitələri eyni qabda saxlanılır, ya da düzgün temperaturda olmasına əhəmiyyət verilmir.

A24.Az xəbər verir ki, əslində isə evdə bütün dərmanların eyni yerdə saxlanması və ya hamısının soyuducuya qoyulması heç də doğru deyil. Vətəndaşlar çox vaxt belə yanlışlığa yol verir ki, bu da dərmanın faydasından çox zərərinə gətirib çıxara bilər.

İnsanlar bəzən düşünürlər ki, dərman vasitəsini soyuducuda saxlamaqla onu qorumuş olurlar.

Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət labaratoriyasının müdiri Polad Hacıbalayev qeyd edir ki, soyuducu şəraiti bütün dərmanlar üçün uyğun deyil. Soyuducuda saxlanmaq üçün nəzərdə tutulan dərmanlara xüsusi həssaslıqla yanaşmaq lazımdır.

Otaq şəraitində saxlanmalı olan dərmanların da soyuducuya qoyulması əlavə təhlükə yaradır. Dərmanları otaq şətaitində saxlayanda isə diqqət yetirilməli məqamlar var.

Siroplar göz, burun damcıları kimi dərman vasitələri bir dəfə açılanda hava ilə təmas etdiyinə görə 3 həftədən artıq saxlanmağı məsləhət görülmür. Ümumiyyətlə, bütün dərman vasitələrini içlik vərəqinə uyğun temperaturda və qaranlıq yerdə saxlamaq lazımdır. Dərmanların son istifadə müddəti isə ən çox diqqət olunmalı məqamlardandır. (Xəzər Xəbər)

https://www.youtube.com/watch?v=KHVpBIgjiLA&feature=youtu.be

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Maraqlı, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs