Evə qayıdarkən ağır qəzada yaralanan əsgərdən xəbər var

Evə qayıdarkən ağır qəzada yaralanan əsgərdən xəbər var
Want create site? Find Free WordPress Themes and plugins.

“Hərbi xidməti başa vurub, evə qayıdarkən ağır qəzada yaralanan Nicat Qurbanovun səhhəti yaxşılaşır”.

A24.Az xəbər verir ki, bu haqda məlumatı Nicat Qurbanovun atası İsa Qurbanov bildirib. Onun sözlərinə görə, oğlu Nicat Qurbanovun vəziyyəti yaxşılığa doğru gedir. “Dualarınızı əksik etməyin”.

Qeyd edək ki, iyulun 6-da Bakı şəhərinin Ələt qəsəbəsi ərazisində – Bakı-Qazax magistralının kənarındakı “SOCAR” yanacaqdoldurma məntəqəsində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az xəbər verir ki, 99 AU 738 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı minik avtomobili magistraldan yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyərkən sürücü idarəetməni itirib və maşın yanacaq doldurmaq üçün dayanmış “Shacman” markalı yük avtomobilinə çırpılıb. Bildirilir ki, hadisə vaxtı minik avtomobilinin sürəti təxminin 130-140 kilometr/saat olub. Hadisə vaxtı “Daewoo”da olan 1992-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və qardaşı, 1991-ci il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Beyhbud oğlu ilə onların xalası oğlu 1995-ci ildə anadan olmuş Həsənov Həsən Bayraməli oğlu vəfat edib. Maşında olan digər sərnişin, 1995-ci ildə anadan olmuş Qurbanov Nicat İsa oğlu isə ağır xəsarət alıb. Bildirilir ki, qəzada ölən H.Həsənovla ağır yaralanmış N.Qurbanov hərbi xidməti başa vurub evə gəlirmiş. Belə ki, Hacızadə qardaşları xidməti başa vurmuş qohumlarını götürüb Bakıya gələrkən onun əsgər yoldaşı N. Qurbanovu da özləri ilə gətirmək qərarına gəliblər.

Qəzada ölən və ağır yaralanan əsgərlər ali təhsilli olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar