Evini Azərbaycan bayrağının rənglərinə bürüdü - FOTO

Evini Azərbaycan bayrağının rənglərinə bürüdü – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Goranboy rayon sakini Qaryağdı Həsənov dövlət rəmzimiz olan üçrəngli bayrağa sevigisini qeyri-adi formada nümayiş etdirib.

“A24.az” “report.az”a istinadən bildirir ki, o, Tatarlı kəndində inşa etdirdiyi evi üçrəngli Azərbaycan bayrağına bürüyüb.

Ev tikilib ərsəyə gəldikdən sonra Qaryağdı Həsənov onu göy, qırmızı, yaşıl rəngə boyatdıraraq üzərinə ay-ulduz şəkli çəkdirib. Hündür ərazidə tikilən ev qonşu kəndlərdən də görünərək diqqət çəkir.
Q.Həsənov ikimərtəbəli evin inşasına 2016-cı ildə başlayıb. Tikinti işləri sürətləndikdən sonra arzusunu reallaşdırıb. 2 otaqdan, 1 eyvandan ibarət olan evin 2-ci mərtəbəsində hələ ki, işlər yekunlaşmayıb.
Cəbhə rayonu olan Goranboyun Tatarlı kəndində tikilən evə Q. Həsənov 5 min manatdan çox xərc çəkib. O, gələcəkdə evin dam örtüyünü də göy, qırmızı yaşıl rəngli keramika ilə örtəcəyini deyib.

505538_1

505538_2

505538_3

505538_4

505538_5

505538_6

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Maraqlı, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar