Evsiz və işsiz qalan qazinin şikayətinə Sumqayıt İcra Hakimiyyətindən MÜNASİBƏT

Evsiz və işsiz qalan qazinin şikayətinə Sumqayıt İcra Hakimiyyətindən CAVAB
Want create site? Find Free WordPress Themes and plugins.

Aprel döyüşlərində yaralanmış, 20 ildən çoxdur kirayədə yaşayan, atası 1-ci Qarabağ döyüşlərinin iştirakçısı olmuş qazi Quliyev Əli Cavanşir oğlunun evsizlikdən və işsizlikdən əziyyət çəkdiyi barədə xəbər vermişdik. 

Bildirmişdik ki, qazi üzləşdiyi problemlərin həlli üçün müvəqqəti məskunlaşdıqları Sumqayıt Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmayıb.

Ə.Quliyevin şikayəti ilə bağlı Sumqayıt İcra Hakimiyyətinin nümayəndəsi Eyvaz Qocayev ilə əlaqə saxladıq. Bu haqda məlumatsız olduğunu bildirən E.Qocayev qazinin problemini həll etməyə çalışacağını deyib:

“Edilən müraciətlə bağlı heç bir bilgim yoxdur. Bu haqda elə sizin saytınızdan, A24.az-dan oxumuşam. Qeyd edim ki, Sumqayıtda həmişə şəhid ailələrinə, veteranlara qayğı ilə yanaşılıb.

Bilmirəm Ə.Quliyevin ailəsi bizim qurumda kiminlə danışıb, hadisə əslində necə olub. Amma bunu araşdırıb, kimlərə müraciət olunduğunu dəqiqliklə öyrənəcəm. Bizim Sumqayıt şəhərində Qarabağ əlili, qazilər çoxdur. Əgər şikayətləri ev verilməməsi ilə bağlıdırsa, hər müraciət edən şəxsə həmin dəqiqə mənzil verilməsi mümkünsüzdür. Bu məsələ ilə bağlı müəyyən prosedurlar var. Əvvəlcə prosedurları öyrənib, qeydiyyatdan keçməlidirlər. Mənzil almaq istəyən şəxs lazımi sənədlərini yığıb, qaydalara uyğun olaraq növbəyə yazılırlar. Bu, əvvəl də belə idi. Çox sayda qazilərimizə, şəhid ailələrimizə bu yolla evlər tikilib və təhvil verilib. Gələcəkdə də tikilən binalardan mənzil sahibi olmaq istəyən şəxslər sənədlərini yığıb növbəyə durmalıdırlar.

Mən də Zəngilan rayonundan məcburi köçkün düşmüşəm. Ona görə bacardığım qədər bu problemi həll etməyə çalışacam. Bu məsələylə şəxsən özüm maraqlanacam. Araşdırmalar apardıqdan sonra sizə dəqiq açıqlama verə bilərəm”.

Minirə Qubatova // A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar