kabe-ortu-1

Əvvəl dağıtmışdılar, sonra dəyərli oldu

Məkkədə Muhəmməd (s) və Osmanlı dövlətinə aid olan hər şeyi dağıdan səudlular, indi həmin abidələrin fotoşəkil və miniatürləriylə ölkəyə turist cəlb etməyə çalışırlar…

 

“A24.az” xəbər verir ki, Kəbə ətrafında Muhəmməd (s) və Osmanlı dövründən heç bir abidə qoymayan Səudiyyə Ərəbistanı hökuməti, açdığı muzeydə qədim abidələri nümayiş etdirir. 17 il bundan əvvəl açılan Məkkə muzeyinə yalnız xüsusi şəxslər girdiyi halda, indi icazə alınaraq bütün hacılar girə biilirlər. Kəbə sərhədləri daxilində və xaricində Muhəmməd və yaxınlarının yaşadığı ev və Osmanlı İmperiyasının Kəbəni qorumaq üçün tikdirdiyi Əjyad qalası artıq yerində deyil.

MEKKE'DE HACI ADAYLARININ ZÝYARET ETTÝÐÝ MEKANLARIN BAÞINDA GELEN KABE-Ý MUAZZAMA MÜZESÝ'NDE KABE'DE ESKÝYÝP, YERÝNE YENÝSÝ KONULAN MALZEMELER SERGÝLENÝYOR. (ÝRFAN ALTIKARDEÞ/MEKKE-ÝHA)

Neftdən sonra gəliri həcc və ümrəyə gələnlərdən asılı olan Səudiyyə Ərəbistanı, indi ölkəyə turist cəlb etmək üçün muzeylərdən istifadə etməyə başladı. Məkkə muzeyində 200-dən artıq tarixi fotoşəkil, əsər, Kəbənin qədim qapısı, açar, örtüklər, taxta Kəbə nərdivanı, zəm-zəm quyusu, hacərul əsvəd daşları nümayiş etdirilir. Əsərlərin əksəriyyəti Osmanlı dövrünə aiddir.

kabe-nin-tarihini-ogrenmek-isteyen-mekke-deki-bu-6538756_2532_o

Muzeyin direktoru Əhməd əd-Daxil belə dedi: “Ötən may ayında turist sayımız 5 milyona çatdıqda, biz bunu xüsusi olaraq qeyd etdik. Yalnız bu il həcc dövrü üçün 1,5 milyon turist gözləyirik”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR