"Facebook" çökərsə, biznesimizin taleyi necə olacaq? - EKSPERTDƏN AÇIQLAMA 

“Facebook” çökərsə, qruplarda blok edilərsək,  biznesimizin taleyi necə olacaq? – EKSPERTDƏN AÇIQLAMA 
Want create site? Find Free WordPress Themes and plugins.

İstər özəl, istərsə də dövlət sektoru olsun, bütün qurumlar öz fəaliyyətlərini sosial media üzərindən qururlar. Sosial media vasitəsilə məhsullarını və xidmətlərini tanıdır, insanlarla əlaqə qurur, özələrinə alıcı kütlə cəlb edirlər. Başa düşüləndir çünkli texnologiya əsridir və daha çox insanla ünsiyyət və tanıtım üçün bütün bunlar vacibdir.

Amma işin bir tərəfini unuduruq: Sosial media çökərsə, nə baş verəcək? Sualı bir qədər də konkretləşdirək. Nəzərə alsaq ki, Azərbaycanda reklam biznesi daha çox “Facebook” üzərində qurulub, o zaman deyək ki, “Facebook” çökərsə, halımız necə olacaq?

Sualımıza cavab tapmaqda Azərbaycan İnternet Forumun prezideti Osman Gündüz yardımçı oldu.

O, A24.Az-a açıqlamasında bildirdi ki, bu cür sosial şəbəkələrin çökməsi və ya fəaliyyətini dayandırması ciddi problemlər yaradar:

“Təkcə özəl sektor yox, digərlərinin də işinə böyük əngəl yaradar. İndi dövlət sosial media vasitəsilə, cəmiyyətlə əlaqə qurub. Çünki sosial mediada həm çeviklik və effektivlik var, həm də bu üsul ucuz başa gəlir. Bur cür resursların olmaması hansısa biznes prosesinə mane olmaqla bərabər, həm də böyük xərclər tələb edər. Hansısa bir məmurun və ya müəllimin “Facebook” üzərindən əlaqə qurması daha ucuz başa gəlir, nəinki bunun üçün başqa vasitələrdən istifadə etməsi. Ona görə də qorumaq lazımdır. Qorumaq deyəndə, sosial media dayanıqlı olmalıdır.  Hökumət özü elə bir sistem qurmalıdır ki, sosial media dayanıqlı və əlçatan olsun.

– “Media orqanları öz fəaliyyətlərini daha çox “Facebook” üzərindən aparır. Amma sosial şəbəkə son zamanlar link paylaşımlarını məhdudlaşdırır. Bu nə ilə bağlıdır?

“Bu sosial media qurumlarının müəyyən etdiyi siyasətdir. Onlar kommersiya qurumudur və bu tip qurumların müəyyən xərcləri var. Yəni onlar da pul qazanmalıdır. Onlar uzun müddət auditoriyanı genişləndirmək üçün çalışdılar. Yəni xidmətlərin çoxunu pulsuz etdilər. İndi qoyulan investisiyanı çıxarmaq üçün xidmətləri pullu edirlər. Bu gözlənilən idi. Burada müəyyən seçimlər olacaq. Kimlər ki, kommersiya ilə məşğul olur, kimlər ki, pul qazanır, onlar buna müsbət reaksiya verəcəklər  və ödəniş etməklə əvvəlki funksiyaları icra edəcəklər. Kimlər ki, kommersiya ilə məşğul olmur, onlardan da ödənişlər tələb edilsə, həmin şəxslər başqa variant axtaracaqlar. Bir neçə gün bundan öncə, açıqlama verildi ki, “Facebook” öz serverlərini Azərbaycanda qurdu. Bu müsbət haldır. Eyni zamanda bu cür sosial şəbəkənin Azərbaycana ayaq açması bizə də imkan verə bilərdi ki, onun Azərbaycandan qazandığı pullardan biz də bəhrələnə bilərdik. Lakin vergi tətbiq edə bilmirik. Çünki burada bir nümayəndəliyi yoxdur. Hökumət “Facebook” və ya digər sosial şəbəkələrin Azərbaycanda nümayəndəlik açmasında maraqlı olmalıdır”.

-İstər link paylaşımı istərsə də digər reklam vasitələrində, “Facebook”un alternativi varmı? Yəni “Facebook” qədər effektiv olan digər vasitə varmı?

“Bu reklama və auditoriyaya görə dəyişir. Və baxır siz hansı auditoriyaya hansı xidməti reklam edirsiniz. Bunları müəyyən edəndən sonra “Facebook” və ya alternativi arasında seçim etmək olar. Bu ölkəyə görə də dəyişir. Elə ölkə var ki, orda “Facebook” məşhurdur. Məsələn Rusiyada reklamı “Facebook” üzərindən aparıb ona investisiya qoysanız, uğursuz olar. Çünki rusların tələbatı başqa sosial şəbəkələrdir. Azərbaycanda hələlik daha populyar olan “Facebook”, “İnstagram”, “Twitter” və “YouTube”dir. Yadıma gəlir ki, “Facebook”da problemlər olanda birdən-birə “Google+” aktivləşdi. İnsanlar bura inteqrasiya etməyə başladı. Düşünürəm ki, vəziyyət, zaman, tələbat digər resursları üzə çıxarır. Bunun üçün narahat olmağa dəyməz”.

Nərmin Kərim, A24.Az 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Texnologiya, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar