Facebook sosial şəbəkəsi BIRINCIDIR

2016-cı ildə Rusiya kütləvi informasiya vasitələrində daha çox “Facebook” sosial şəbəkəsinin adı çəkilib.

A24.Az İKT.lent.az-ın  istinadən verdiyi məlumatına görə, ikinci yeri “VKontakte”, üçüncü yeri isə “Twitter” tutub.

Rusiya KİV-ləri “Facebook”un adını 559 min dəfə çəkiblər. 2015-ci ildə bu rəqəm 430 min təşkil edib. “VKontakte”nin adı 2015-ci ildəki 330 min dəfəyə nisbətdə 528 min dəfə çəkilib. “Twitter”in adı isə 2015-ci ildə 410 min dəfə çəkilsə də, bu il 479 min dəfə səsləndirilib. Bu barədə “SKAN-İnterfax” media təhlilin sisteminin məlumatlarında deyilir.

Beləliklə, “VKontakte” və “Twitter” yeni reytinqdə yerlərini dəyişib.

Dördüncü yeri “Instagram” tutur və onun adı mətbuatda 221 min dəfə çəkilib. Beşinci yerdə “YouTube” durur. Videohostinqin adı bir ildə mətbuatda 214 min dəfə çəkilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR