“Facebook” videoları ilə bağlı mühüm yenilik

“Facebook” videoları ilə bağlı mühüm yenilik
Want create site? Find Free WordPress Themes and plugins.

“Facebook” sosial şəbəkəsi videoların ortasında yerləşdiriləcək reklamların sınaqlarını keçirir.

A24.Az xəbər verir ki, bu barədə layihənin bəzi insayderləri bildirib.

Yeni reklam modeli reklam rolikinin videoya baxılmağa başladıqdan azı 20 saniyə sonra istifadəçinin qarşısına çıxmasını nəzərdə tutur. Bu cür reklamlardan əldə olunacaq gəlirin 55%-i videonun müəllifinə, qalanı isə “Facebook”a çatacaq. Analoji modeldən “YouTube” da istifadə edir.

Əgər sistem uğurla istifadəyə verilərsə, ilk dəfə olaraq “Facebook” istifadəçiləri yüklənən kontentə görə real maddi gəlir əldə edəcəklər.

Qeyd edək ki, 2016-cı ildə “Facebook” videoları gün ərzində 100 milyon saat izlənib. Mark Zukerberq “pre-roll” formatının (videonun əvvəlində reklam) tətbiqinə razılaşmayıb. İKT.lent.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar