A24 Xeber

“Facebook”u yenə sındırdılar – 120 milyon profil oğurlandı

“Facebook”u yenə sındırdılar – 120 milyon profil oğurlandı
222
02 Noyabr 2018 - 23:29

“Facebook” şəbəkəsi hakerlər tərəfindən yenidən sındırılıb.

A24.Az ölkə.az-a istinadən xəbər verir ki, hakerlər “Fbserver” saytına 120 milyon profili satışa çıxarıblar. Bir profilin satış qiyməti 10 sentdir.

Qərb mətbuatının xəbərinə əsasən, 257 min istifadəçinin profilinə azad giriş əldə edilib. Eyni zamanda 80 mindən çox istifadəçinin şəxsi mesaj qutusu ələ keçirilib. Hakerlər tərəfindən ələ keçirilən profillərdə bioqrafiya, mobil telefon məlumatı və dost siyahısı var.
Bir müddət əvvəl isə 30 milyon “Facebook” istifadəçisinin haker hücumuna məruz qaldığı bildirilmişdi.

Qeyd edək ki, Britaniyanın “Cambridge Analytica” şirkəti 80 milyondan çox “Facebook” istifadəçisinin şəxsi məlumatlarına giriş əldə etmişdi və bu böyük qalmaqala səbəb olmuşdu.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00