A24 Xeber

Fatehlə ailəsi dəm qazından zəhərlənib – Rəsmi açıqlama

Fatehlə ailəsi dəm qazından zəhərlənib – Rəsmi açıqlama
588
03 Dekabr 2018 - 16:15

Qida Təhlükəsizliyi Agentliyi Bakıda 10 yaşlı Fateh Mərdanovla valideynlərinin qidadan zəhərlənməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Qurumdan A24.Az-a daxil olan məlumata görə, agentliyin əməkdaşları tərəfindən Nizami rayon məhkəmə tibbi ekspertiza birliyində və zəhərlənən şəxslərin müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə araşdırma aparılıb.

Həmcinin Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nizami rayon bölməsində aparılan araşdırma zamanı bir nəfərin dünyasını dəyişdiyi (2005-ci il təvəllüdlü Mərdanov Fateh Murad oğlu) və həmin şəxsin meyitindən bioloji nümunələrin götürüldüyü müəyyən edilib.

Agentliyin əməkdaşları tərəfindən Kliniki Tibbi Mərkəzində aparılan araşdırmalar nəticəsində zərərçəkənlərin kəskin inhalyasion dəm qazı ilə zəhərlənmə diaqnozu ilə hospitalizə olunduğu məlum olub. İlkin tibbi baxış zamanı zərərçəkənlərdə ümumi zəiflik, ürək bulanma, başgicələnmə, bayılmalar müşahidə olunduğuna görə onlara intensiv oksiqen terapiya və medikamentoz müalicə təyin edilib. Zərərçəkənlərdən götürülmüş qan nümünələrində dəm qazının miqdarı normadan artıq olması müəyyən edilib.

Nəticə olaraq zəhərlənmənin dəm qazından baş verdiyi öz təsdiqini tapıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00