Fazil Mustafa: "Əgər bu adama alim deyirlərsə, gərək alim adını bir də təftiş edək" - VİDEO

Fazil Mustafa: “Əgər bu adama alim deyirlərsə, gərək alim adını bir də təftiş edək” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bildiyimiz kimi ötən gün “Lider” TV-nin “Status” verilişində millət vəkili Fazil Mustafa ilə tarixçi Dilavər Əzimli arasında gərgin anlar yaşanıb. Yayımlanan xəbərlərdə qeyd olunub ki, tarixçi millət vəkilinə tarixdən xəbərsiz olduğunu deyib və onu “savadsız” adlandırıb. Lakin videoya diqqətlə baxıldığı zaman bunun tam əksi müşahidə olunur. Yəni millət vəkili Fazil Mustafa statusunda yazdığı kimi “halbuki videoda da açıqca görünür ki, Məhəmməd Əmin Rəsulzadənin və mənim tarixi bilmədiyimizi iddia edən opponentin savadsız olduğunu ifadə etmişəm”olub.

“A24.az” verilişdə yaşanan gərgin debatla bağlı daha ətraflı millət vəkili Fazil Mustafadan öyrənməyə çalışdıq. Fazil Mustafa ilə olan kiçik müsahibəni təqdim edirik:

“Təşkilatçılar məni verilişə çərşənbə günü dəvət etmişdilər və bu gündə də işim olduğuna görə, dedilər ki, təxirə salırıq. Amma mən verilişin belə bir debat formasında olacağını bilmirdim. Açığı Murad Arifin verilişinə baxmamışdım deyə müraciət edən jurnalistləri qırmamaq üçün dedim ki, gələrəm. Mövzu milli qəhrəmanlar deyildikdə, daha çox bizim müasir milli qəhrəmanların problemləri ilə bağlı olduğunu düşündüm. Amma əvvəlcədən desəydilər ki, müzakirə gedəcək, mən təbii ki, buna razılıq verməzdim. Həm aparıcının bu mövzuda müəyyən hazırlığı yox idi, həm də süjet olduqca çox bəsirətsiz formada hazırlanmışdı, elmi əsası olmayan mülahizələr orda yer alırdı. Üçüncüsü isə, çağırılan opponentin yanlış seçilməsi anlayışı idi. Açığı belə formada müzakirə gözləmirdim və daha fərqli mövzuya indenkslənərək ora gəlmişdim və verilişə qatıldım. Qatılandan sonra baxdım ki, opponent olaraq bizə seçilmiş şəxs, ümumiyyətlə, mövzu ətrafında ancaq xeyli sayda kağız gətirib, ordan oxuyaraq, əzbərlədiyi 5-10 kəlməni deyərək sanki bu məsələdə bizə bir yenilik göstərmək istədi. Amma heç bir yeniliyi də ortaya qoya bilmədi. Danışmağa da heç kimə imkan vermədən, pafosla, öz istədiyi şəkildə, nə bilim mənasız, səviyyəsiz, heç bir məntiqə uymayan  fikirləri gündəmə gətirdi. Heç bir ciddi mənbəyə əsaslanmadan o dövrlə bağlı  cəfəng fikirlərini dedi. Biz də mülahizələrimizi ortaya qoyduq ki, bu Azərbaycan üçün zərərli tarixdir. Hətta Məhəmməd Əmin Rəsulzadədən də misal çəkərək başladım. Və bildirdi ki, M.Ə.Rəsulzadə bu mövzunu bilmir. Sonra başladım Əhməd Zəki Vəlidi Toğandan danışmağa, məlum oldu ki, onun fikrincə, adını çəkdiyim şəxs tarixçi deyil.

Bunun obrazında Azərbaycanda çox sayda belə cahillər var. Mövzunu bilmədən mövzuya qarışan  xeyli sayda insanlar var. Ümumiyyətlə mahiyyəti anlamırlar ki, nəyi müdafiə edirlər, müdafiə etdiklərini özləri də başa düşmürlər. Bu insanlar üçün problemin izahını anlamağa qadir deyillər.

Ona görə də bu dövrə obyektiv qiymət verməyimiz lazımdır. Çünki bu bizim əslində bölgənin türkləşməsinə fayda verən bir hadisə olub. Biz mövzuya bu konteksdən yanaşaraq və tariximizi də oğuz türklərinin burda kütləvi olaraq məskunlaşmasından sonra tarixə – Dədə-Qorqud mədəniyyətinə dayandırırıq. Sasani mədəniyyətinin başqa bir formada Azərbaycan üzərində təbliğatı kimi onların addımları xarakterizə oluna bilər. Bu baxımdan hesab edirəm ki, məsələ ilə bağlı doğru təbliğat aparmalıyıq. Nə qədər bilgisiz adamlarla rastlaşsaq belə, borcumuzdur ki, ölkəmizin, millətimizin tarixinin obyektiv anlaşılması üçün bütün fədakarlığı edək”.

-Fazil müəllim, tarixçi Dilavər Əzimli ilə çox üz-üzə gəlmisiniz, yoxsa ilk dəfə idi?

-Bir dəfə Səfəvilərlə bağlı mövzuda televiziya kanalında üz-üzə gəlmişəm. Onda da eyni cəfəngiyyat, eyni pafos, eyni qışqırıq. Müdriklərin bir sözü var, deyir oxuduqlarınız deyil, həzm etdikləriniz sizindir. Yəni bunların oxuduqları var, həzm etdikləri yoxdur axı. Hansısa mövzunu təfəkkür süzgəcindən keçirmirlər ki, ona da doğru qiymət verə bilsinlər. Ona görə də İslam dini haqqında təsəvvürləri, ümumiyyətlə yanlışdır. İslam dinini ərəb dini kimi qəbul edirlər. Hələ başa düşmürlər ki, Abbasilər farsların hakimiyyətə gətirdiyi sülalədir, İslamın içində fars-ərəb-türk sintezinə dayanan dövlət quruluşu idi. Bunun ayrtıca ərəblərə aidiyyati yox idi. Əslində Abbasilər Əbu Müslimin qaldırdığı üsyan və  Əməvilərin devrilməsi nəticəsində ortaya çıxan bir sülalə idi. Sülalənin ərəblərdənsə farslara yaxınlığı daha çox idi. Ona görə də bunun da mahiyyətini bilmirlər. Ümumi ərəb, İslam adı ilə  təqdim edirlər. Bu, Azərbaycanda illər boyu ənənəvi olaraq yeridilmiş saxta bir tarixdir. Mövzuya ona görə önəm verirəm ki, bu hərəkat məhv edilməsəydi Azərbaycanın türkləşməsi prosesi daha ağır və uzun çəkə bilərdi. Nizamülmülkün “Siyasətnaməsi”ni də oxumayıblar ki, türklərin niyə bu bölgəyə gəldiyi və biyləmilərlə niyə savaşdığının burada mahiyyəti kifayət qədər açıq şəkildə verilib. Ədəbsizlik olmasa bu cür polemikalar aparmaq olar.

– Siz verilişdə necə bir cümlə demisiniz ki, qarşı tərəf də “savadsız sizsiniz” deyib.

-Ümumiyyətlə, çıxışı zamanı bu adam heç kimə danışmağa imkan vermir. Nə dediyinin özü də mənasını bilmədən pafosla, qışqıraraq danışır. Mən də dedim “bu cür savadsız adamlarla polemika aparılmaz, bunu niyə gətirmisiniz? Burda hansı fikirlərin səsləndiyini dinləmir”. O da mənə cavab olaraq qayıdıb “Savadsız sizsiniz” dedi. Bir sıra mətbuat orqanı və kanalın özündən də bu informasiyanı veriblər ki, guya o məni  savadsız adlandırdı. Hətta diqqət etsəniz xəbər başlıqlarında “Deputatla alim arasında dava…” yazılıb. Əgər buna alim deyirlərsə, onda gərək biz alim adını bir də təftiş edək. Həm də mən ora deputat kimi çıxmamışam, mətbuatda olan uşaqlar hələ də bilmirlər ki, mən ora fəlsəfə doktoru kimi çıxmışam, bu sahənin araşdırmaçısı kimi çıxmışam. Bununla bağlı xeyli əsərlərim var. Yəni bunlar hamısı həm də mətbuatın müəyyən dərəcədə bu cür polemikalara hazır olmadığını göstərən bir məsələdir.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Müsahibə, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar