Fazil Mustafa ən çox tənqid olunan millət vəkilidir - MONİTORİNQ

Fazil Mustafa ən çox tənqid olunan millət vəkilidir – MONİTORİNQ
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi deputatlarla bağlı sentyabr ayı üzrə məlumatları təqdim edir.

A24.Az xəbər verir ki, 2016-cı ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 19790 xəbər yerləşdirilib. Bunlardan 148 xəbər mənfi, 210 xəbər müsbət və 19432 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Fazil Mustafa (38 xəbər – deputatın Şah İsmayıl barədə dediklərinə görə kəskin tənqid olunması), Cavid Qurbanov (26 xəbər – iqtisadçının deputatı kəskin tənqid etməsi), Malik Həsənov (18 xəbər – sabiq MTN şefi ilə əlaqəsi olması iddiaları). Müsbət xəbərlər arasında liderlər: Mehriban Əliyeva (121 xəbər – “Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı” adına layiq görülməsi), Siyavuş Novruzov (80 xəbər – Rusiyanın “Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə” ordeni ilə təltif olunması), Qənirə Paşayeva (6 xəbər – “Türk Dünyasında İlin Millət Vəkili”  mükafatına layiq görülməsi).

 

Xəbər sayına görə sıralama:

 

  1. Rövnəq Abdullayev               2812 xəbər
  2. Mehriban Əliyeva                  2144 xəbər
  3. Oqtay Əsədov                                   1155 xəbər
  4. Siyavuş Novruzov                 863 xəbər
  5. Siyavuş Novruzov                 611 xəbər
  6. Cavid Qurbanov                    499 xəbər
  7. Siyavuş Novruzov                491 xəbər
  8. Fazil Mustafa                         464 xəbər
  9. Səməd Seyidov                      434 xəbər
  10. Vahid Əhmədov                    417 xəbər

 

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 3056 xəbər dərc edilib. Bu xəbərlərdən 3024-ü neytral, 27-si müsbət, 5-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında lider: Mirkazım Kazımov (2 xəbər – Azadlıq” qəzetinə borcunu ödəməməsi). Müsbət xəbərlər isə Mehriban Əliyeva (18 xəbər – “Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı” adına layiq görülməsi) və Siyavuş Novruzova (9 xəbər – Rusiyanın “Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə” ordeni ilə təltif olunması) məxsusdur.

 

Xəbər sayına görə sıralama:

 

  1. Mehriban Əliyeva                  301 xəbər
  2. Rövnəq Abdullayev               268 xəbər
  3. Oqtay Əsədov                                   130 xəbər
  4. Siyavuş Novruzov                 128 xəbər
  5. Əflatun Amaşov                    91 xəbər
  6. İsa Həbibbəyli                                    81 xəbər
  7. Hikmət Məmmədov               72 xəbər
  8. Səməd Seyidov                      69 xəbər
  9. Vahid Əhmədov                    54 xəbər
  10. Aydın Mirzəzadə                   50 xəbər

 

Sentyabr ayında televiziya kanallarında deputatlar haqqında 1169 xəbər göstərilib.

 

Xəbər sayına görə sıralama:

 

  1. Mehriban Əliyeva                  183 xəbər
  2. Rövnəq Abdullayev               151 xəbər
  3. Oqtay Əsədov                                   109 xəbər
  4. Bahar Muradova                    58 xəbər
  5. İsa Həbibbəyli                                    57 xəbər
  6. Hadı Rəcəbli                          54 xəbər
  7. Fəttah Heydərov                    37 xəbər
  8. Fuad Muradov                       29 xəbər
  9. Çingiz Qənizadə                    27 xəbər
  10. Ziyad Səmədzadə                  25 xəbər

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar