Fazil Mustafa ilahiyyatçı Elşad Miriyə dəstək çıxdı - VİDEO

Fazil Mustafa ilahiyyatçı Elşad Miriyə dəstək çıxdı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Xəbər saytlarında “Azərbaycan sələfiləri Elşad Mirini edamla hədələdilər” başlığı ilə yayımlanan silsilə yazılara millət vəkili biganə qalmadı və sosial şəbəkədə ilahiyyatçı Elşad Miri haqqında aşağdakı fikirlərini paylaşdı:

“Cahillərdən bir qismi deyir sən filan məzhəbə, filan ölkəyə, filan düşüncəyə qarşısan. Səhifələrində ağızlarına gələni yazıya köçürürlər. Əzizlərim, mən din adı ilə təqdim olunan nadanlığa, danabaşlığa, dələduzluğa qarşıyam. Mən inancını siyasətə, ideologiyaya alət etməyən özünə şiə desin, sünni desin, fərqi yoxdur bunun məzhəbinin, təriqətinin adı nə olur-olsun demokratik düşüncə daşıyıcısı kimi hamısına sayğılıyam, hörmət bəsləyirəm. İndi diqqət yetirin aşağıdakı linkə, bunlar ki, Qumda yetişməyiblər, ancaq düşüncə, anlayış, mühakimə tərzləri tamamilə eynidir. Onun bir nümunəsini də indicə oxumuşam, sələfi adı ilə özlərini təqdim edən şəxslər hər zaman öz müstəqil fikrini söyləyən, dini maarifçiliyi təbliğ edən bir düşüncə adamını edamla hədələyirlər. Bunların ən çox qorxduğu şey, fikirdir, düşüncədir. Ona görə də əsrlərdir ki, müsəlman aləminin bir arpa boyu tərəqqiyə doğru irəliləməsi baş vermir. Əminəm ki, hüquq-mühafizə orqanları içində terror ruhu daşıyan bu yaramazların da fəaliyyətinə diqqətlə yanaşacaqlar”.

Qeyd olaraq bildirək ki, Azərbaycan sələfilərinin lideri kimi tanınan Qamət Süleymanovun sağ qolu Useyd Turabov ilahiyyatçı Elşad Mirinin əleyhinə video hazırlayıb.

“A24.az”ın verdiyi məlumata əsasən, ilahiyyatçı Elşad Miri deyib ki, Qamət Süleymanovun qardaşı Yaşar Süleymanov, daha sonra Kamal Hüseyn adlı sələfi də bu anti-təbliğata qoşulub.

Qamət Süleymanov da Elşad Mirinin ilahiyyatçı deyil, jurnalist adlandıraraq tərəfdarlarına ondan uzaq olmağa dəvət edib.

“Useyd Turabovun videosu isə daha təhlükəlidir. Çünki həmin səsyazısında xəbərdaredici məqamlar öz əksini tapıb”, – deyə ilahiyyatçı bildirib.

Belə ki, çıxışda Useyd Turabov Elşad Mirinin fikirlərinə görə Səudiyyə Ərəbistanında olsa, həbs ediləcəyini, sonra tövbəyə dəvət ediləcəyini, tövbə etmədiyi təqdirdə isə edam ediləcəyini bildirib.

Digər Mədinə tələbəsi Ramil Soltanov ona məxsus olan “youtube” kanalında həmin materialları yayaraq tərəfdarlarına ismarıc göndəriblər.

“A24.az” anti-təbliğat xarakterli videoyazını təqdim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Din, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar