Fazil Mustafadan Sərdar Cəlaloğluna kübar cavab: "Ümid edirəm ki, o, 30 il sonra..."

Fazil Mustafadan Sərdar Cəlaloğluna kübar cavab: “Ümid edirəm ki, o, 30 il sonra…”
Want create site? Find Free WordPress Themes and plugins.

Millət vəkili Fazil Mustafa Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun onun barəsində səsləndirdiyi fikirlərə cavab verib. A24.Az-a açıqlama verən deputat bildirib ki, İran saytlarının böhtanlarından qurtarmamış indi də başqa bir İran məzhəbçisi ona cəbhə açıb.

“İnanın ki, 30 il öncə mən də eyniylə Sərdar Cəlaloğlu kimi dinimiz, tariximiz, milliyətimiz, dövlətçiliyimiz mövzusunda cahil anlayışlara sahib idim. İndi dəhşətə gəlirəm ki, 30 il içində adamın gəldiyi nəticələr bu cür primitiv fikirlərə əsaslanır. Allah ömür versin!. Ümid edirəm ki, Sərdar Cəlaloğlu 30 il sonra bizim görüşlərimizin doğruluğunu hökmən təsdiqləyəcək. Ancaq kimliyindən asılı olmayaraq bu millətin kimliyini, tarixini, dinini saxtalaşdıranlara qarşı ən sərt formada mövqeyimizi ortaya qoymaq əzmindəyik”.

Sərdar Cəlaloğlu- Azərbaycan Demokrat Partiyasının sədri
Sərdar Cəlaloğlu- Azərbaycan Demokrat Partiyasının sədri
Qeyd edək ki, Sərdar Cəlaloğlu Fazil Mustafanın çox qəribə metod seçdiyini qeyd edib.
“Ağzını açıb onun fikrinə cavab verən adama dərhal bir yarlıq yapışdırır. Əslində isə o nə irançı, nə türkçü, nə də azərbaycanlıdır. O sadəcə sünni məzhəbinə məxsus olan bir şəxsdir. Sünni nöqteyi-nəzərdən Azərbaycan tarixinə baxır. Fazil Mustafa bu bölgədə bir türk dövlətinin yaranması ilə razılaşa bilmir. Tarixi də dərindən bilmir. Səfəvilər də, ondan sonra yaranan Əfşarlar və Qacarlar imperiyasının da irançılıqla əlaqəsi yoxdu. Bunu Azərbaycan türklərinin əlindən almaq ən böyük xəyanətdir”.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Banner
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar