Fədayə Laçının bacısından şok sözlər: "Mənim günahım nədir? heç yerə çağırmıllar"- VİDEO

Fədayə Laçının bacısından şok sözlər: “Mənim günahım nədir? heç yerə çağırmıllar”- VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Fədayə Laçının bacısı İlahə Fəda keçmiş və əzablı həyatlarından danışıb.
A24.Az xəbər verir ki, iki yaşından atasız qalan bacılar ögey ata himayəsində də əzablı günlər keçiriblər. Daha sonra sevdiyi insanı da 41 yaşında itirən İlahə Fəda zamanla sənətindən ayrılıb.

Bacısı Fədayə Laçının səsini fon musiqisi olaraq eşidən İlahə Fəda özünü pis hiss etdiyini deyib. O bacısı ilə bağlı danışarkən onun da nakam həyatından ürək ağrısı ilə bəhs edib. Xanım ifaçı hətta özünü saxlaya bilməyib və ağlayıb.

Bacıların taleyindəki oxşar bədbəxtliklər verilişin qonaqlarını kövrəldib. “Fədayə çox safdır” deyən İlahə Fəda, “Mən demirəm ki, bacımın günahı yoxdur, amma onun haqqında ağızlarına gələni yazanda çox pis oluram”.
Xanım ifaçı bacısına görə heç yerə dəvət olunmamaqdan, hörmət qoyulmadığından isyan edib.

Qeyd edək ki, Fədayə Laçın hal-hazırda cəzaçəkmə müəsisəsindədir.

Sizə verilişdən kadrları təqdim edirik:

X.V, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar