Fələstində səfərbərlik elan olundu

Fələstində səfərbərlik elan olundu
Want create site? Find Free WordPress Themes and plugins.

Fələstinin əsas partiyası FƏTH-in ( Fələstin Azadlıq Təşkilatı Hərəkatı) hərbiləşdirilmiş dəstələrindən biri işğal edilmiş ərəb ərazilərində öz tərəfdarlarının ümumi səfərbərliyini elan edib.

A24.Az Virtualaz.org-a istinadən bildirir ki, İordan çayının Qərb sahilində yayılan bəyanatda belə deyilir.

Hərəkatin döyüş qruplaşmalarının nümayəndələri “işğal edilmiş bütün Fələstin torpaqlarındakı şəhər və kəndlərdə İsrail işğalçılarına qarşı ümumi səfərbərliyə və müqavimətə” çağırıblar. Bəyanatda tərəfdarların ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə cavab olaraq “müqavimətin bütün qanuni, həmçinin silahlı metodlarından istifadəyə hazır olduğu” göstərilib.

“Fələstin xalqı torpaqda müəyyən edəcək və öz qanı ilə yazacaq ki, Qüds Fələstinin paytaxtıdır”, – deyə bəyanatda vurğulanıb.

FƏTH-in hərbiləşdirilmiş qanadı həmçinin Hərəkatdan tələb edib ki, İsrail Dövlətinin tanınması haqda öz bəyanatını geri çağırsın və “İsrail hakimiyyətinin nümayəndələri ilə bütün mövcud əlaqələrə son versin”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar