Fellaini 10 milyon avroya “Beşiktaş”a keçə bilər

Fellaini 10 milyon avroya “Beşiktaş”a keçə bilər
Want create site? Find Free WordPress Themes and plugins.

“Mançester Yunayted”in yarımmüdafiəçisi Maruan Fellaini karyerasını Türkiyədə davam etdirə bilər.

A24.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı futbolçu “Beşiktaş”ın maraq dairəsinə düşüb. “Qara qartal”ların Fellaini üçün Mançester Yunaytedə 10 milyon avro təklif edildiyi bildirilir.

Mançester klubunun baş məşqçisi Joze Mourinyo onun gedişindən sonra yaranacaq boşluğu Donetsk “Şaxtyor”unun üzvü Fredlə doldurmaq niyyətindədi.

Qeyd edək ki, Maruan Fellaini “Mançester Yunayted”ə 2013-cü ildə “Everton”dan keçib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar