Fərda Amin "Selfinaz"ı tənqid edənləri təhqir etdi: "9 ay keçib, sancılarının olmaları normaldır" - VİDEO

Fərda Amin “Selfinaz”ı tənqid edənləri təhqir etdi: “9 ay keçib, sancılarının olmaları normaldır” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Aktyor Fərda Amin sosial şəbəkədə paylaşdığı videoda “Selfinaz” adlı “stand-up” şousunu tənqid edən şəxsləri təhqir edib.

A24.Az xəbər verir ki, o, fərdi şəkildə çəkdiyi videoda onu dəstəkləyənlərə deyil, tənqid edənlərə belə müraciət edib: “Sözüm mənə dəstək olanlara deyil, uğurumu həzm edə bilməyənlərə, məni tənqid edənlərədir; “Selfinaz” uzun müddətdən sonra “youtub”a qoyuldu və Azərbaycan incəsənətinə 3-4-5 manatlıq dəstəyi olmayan 20 manatlıq “wi-fi” adamları, oturub evdə pulsuz izləyəndən sonra sancılanmağa başladılar. Əslində may ayından bu yana hesablasaq 9 ay keçib, sancılanmaqları normaldır. İnşallah əlinizdə, ovcunuzda qalsın”.

Aktyor paylaşımın üzərində də bu sözləri əlavə edib: “Kimin əyninə olmadısa, desin, hər “razmer”i var. DİNCƏLİN DAHA!!!”

A24.Az aktyorun özü tərəfindən paylaşılan həmin videonu təqdim edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar