FETO-çular Almaniyaya axışırlar

FETO-çular Almaniyaya axışırlar
Want create site? Find Free WordPress Themes and plugins.

fetö-almanyaTürkiyədə çevriliş hazırlamaqda ittiham olunan təriqətçi Fətullah Gülənin yüzlərlə tərəfdarının Almaniyadan sığınacaq istədikləri açıqlanıb. A24.Az xəbər verir ki, bu barədə Almaniyanın “Die Zeit” həftəliyi Gülənçilərlə əlaqəsi olan şəxsə əsaslanaraq, bu ölkədən siyasi sığınacaq almaq istəyən FETO-ların sayının hər həftə artdığını yazıb. Bununla belə, Almaniyadan siyasi sığınacaq üçün müraciət etmiş Türkiyə vətəndaşlarının sayı açıqlanmayıb. Bundan başqa, Almaniyanın digər nüfuzlu nəşri “Der Spiegel”in yazdığına görə, Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Almaniyanın Federal kəşfiyyat xidmətinə (BND) göndərdiyi sorğuda Gülən tərəfdarlarının axtarışına yardım göstərməyi xahiş edib. MİT-də ehtimal edirlər ki, ölkədəki FETO-çuların bir çoxu xaricə, o cümlədən, 3 milyon türkün yaşadığı Almaniyaya üz tutub. Türkiyənin baş kəşfiyyat qurumu hesab edir ki, BND FETO-çuların deportasiyasını asanlaşdırmaq üçün alman qanunvericilərinə təsir göstərməlidir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar