FETÖ-nün Azərbaycandan məsul olan üzvü ələ keçdi

FETÖ-nün Azərbaycandan məsul olan üzvü ələ keçdi
Want create site? Find Free WordPress Themes and plugins.

Malatya Baş Prokurorluğu tərəfindən fərari olaraq axtarılan və FETÖ/PYD-nin sözdə Azərbaycandan məsul olduğu deyilən şübhəli çıxarıldığı məhkəmədə həbs olunub. Lakin FETÖ/PYD istintaqı zamanı təşkilatın 5 üzvü isə məhkəmənin qərarı ilə sərbəst buraxılıb.

“A24.az” bildirir ki, Malatya valiliyindən verilən açıqlamaya görə, fərari kimi axtarılan və FETÖ/PYD-nin Azərbaycandan məsul olan M.M. adlı üzvü yaxalanaraq Malatyaya gətirilib. Şübhəli sorğu-sual olunduqdan sonra çıxarıldığı ilk məhkəmədəcə həbs edilərək Malatya E Tipli cəza evinə göndərilib.

Bundan başqa açıqlamada, FETÖ/PYD ilə əlaqəli olduğu və təşkilatın şifrəli rabitə proqramı olan “ByLock”dan istifadə etdiyi üçün nəzarət altına alınan tibb fakultəsinin bir tələbəsinin də məhkəmə qərarı ilə sərbəst buraxıldığı bildirilib.

Yenə FETÖ/PYD ilə əlaqələrinin olduğu bildirilən 2-si “ByLock” istifadəçisi olan 5 şübhəlinin isə tutduğu əmələ görə peşman olduqları üçün sərbəst buraxıldığı açıqlanıb. Həmçinin Malatya Təhlükəsizlik Müdirliyi tərəfindən nəzarət altına alınan şübhəlilərdən birinə böyrək nəql olunduğu üçün məhkəmənin qərarı ilə nəzarət altında saxlanmaq şərti ilə evə buraxılıb.

Firuzə Alimova

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar