15-18 dərəcə isti gözlənilir

15-18 dərəcə isti gözlənilir
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikası ərazisində fevral ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “a24.az” a verilən məlumata görə, fevral ayında havanın orta aylıq temperaturunun kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 2-4 dərəcə isti (gecələr 2-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 15-18 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-24 mm) olacağı proqnozlaşdırılır.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 0-5 dərəcə şaxta (gecələr 3-8, bəzi günlərdə 15-20 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 16-18 dərəcə isti) olacağı gözlənilir. Bu, iqlim normasına yaxın və bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 11-29 mm), bəzi yerlərdə normadan bir qədər çox olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağda – Xankəndi, Şuşa, Xocalı və Xocavənddə, eləcə də Qubadlı,Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 0-5, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, ayın ikinci yarısının ayrı-ayrı günlərində 13-16 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-35 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 2-4 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 3-6 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 15-17 dərəcə isti) olacağı gözlənilir. Bu, iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-36 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecələr 2-7 dərəcə şaxta, bəzi günlərdə 0-5, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 14-17 dərəcə isti) olacağı, aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-55 mm), bəzi yerlərdə normadan bir qədər çox olacağı gözlənilir.

Mərkəzi Aran – Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 3-5 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 9-14, bəzi günlərdə 0-5, ayın ikinci yarısının ayrı-ayrı günlərində 16-19 dərəcə isti) olacağı, aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm) olacağı proqnozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 2-5 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 1-3, dağlarda 7-12 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 0-3, ayın ikinci yarısının ayrı-ayrı günlərində 16-19 dərəcə isti) olacağı gözlənilir. Bu, iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 44-105 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar