FHN Xaçmazda itən balıqçılarla bağlı açıqlama verdi

FHN Xaçmazda itən balıqçılarla bağlı açıqlama verdi
Want create site? Find Free WordPress Themes and plugins.

Ötən gün Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən üç balıqçının axtarılmasına helikopterlər cəlb olunub.

“A24.az” xəbər verir ki, bunu Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bidliriblər. Nazirlikdən bildirdilər ki, balıqçıların itkin düşdüyü yer sahildən 1 mili keçib. Bu səbəbdən onların axtarışına helikopeterlər cəlb olunub: “Beynəlxalq qaydalara əsasən sahilin 1 milinə qədər texnika, yəni karterlərlə axtarış olur. Amma balıqçıların itkin düşdüyü yer 1 mili keçdiyindən artıq onlar FHN-nin aviasiya dəstəsinin helikopteri ilə axtarılır”.

Nazilrikdən bildirdilər ki, hələlik balıqçıların tapılması ilə bağlı hər hansı xəbər yoxdur və axtarışların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, itkin düşən balıqçılardan ikisi rayonun Tikanoba kənd sakinləri Həmzə Nurəddinov, Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirovdur.

Dünən günorta saatlarında Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib. Balıqçı qayığında olan şəxslərlə yaxınları telefonla danışıb. Bir müddətdən sonra isə əlaqə itib və bu barədə FHN-ə məlumat verilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar