FİFA “Barselonan”ı biabır etdi – FOTO

FİFA ötən gün təşkil olunan mükafatlandırma mərasimində katalon klubunun futbolçularına sərt reaksiya verib.

A24.az xəbər verir ki, “Barselona” bütün klub heyəti ilə mükafatlandırma mərasiminə qatılmaqdan imtina edib. Uruqvaylı futbolçu Luis Suarez də, klubun qərarı ilə gecəyə qatılmayıb.

FİFA mükafatlandırma mərasimində keçən sezonun ən yaxşı 11-liyi açıqlanıb və bu zaman ekranlarda siyahıya daxil olan futbolçuların siması göstərilib. Fotolar içərisində Luiz Surezin şəkli gülüş obyektinə çevrilib. Belə ki, digər futbolçular normal üz ifadəsilə çıxarkən Luisin başını əymiş və gülərkən çəkilən fotosundan istifadə edilib.

Futbol həvəskarlarının fikrincə bununla da FİFA “Barselona”ya yerini bildirib.

fi1

fifa

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR