Formula1-in gələn mövsümünün ilkin təqvimi açıqlanıb

Formula1-in gələn mövsümünün ilkin təqvimi açıqlanıb
Want create site? Find Free WordPress Themes and plugins.

FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası növbəti mövsüm üçün ilkin təqvimi təsdiqləyib. Çempionatın yeni sahibləri bu addımı xeyli tez atıblar – promouterlər reklam kompaniyalarına vaxtından əvvəl başlaya bilərlər.

A24.az xəbər verir ki, açıqlanan təqvimdə bu illə müqayisədə, olduqca maraqlı dəyişikliklər var. Bu il olduğu kimi, 2018-ci ildə də mövsümün ilk yarışı mart ayının sonuncu bazar günü keçiriləcək. Dördüncü yarış isə Soçidə yox, Bakıda baş tutacaq.

Təqvimə qayıdan Fransada yarış Kanada Qran Prisindən sonra baş tutacaq. Rusiya Qran Prisi isə əvvəl olduğu kimi, payızda keçiriləcək. Yazda keçirilməməsinin səbəbi ölkədə təşkil olunacaq futbol üzrə Dünya Çempionatına hazırlıqdır. Təqvimdə 21 mərhələ var – Malayziya bu il sonuncu dəfə yarışı qəbul edir, Fransa və Almaniya isə təqvimə qayıdır.

Tarix Qran Pri Şəhər, tras
23-25 mart Avstraliya Melburn, Albert Park
6-8 aprel Çin (*) Şanxay
13-15 aprel Bəhreyn Saxir
27-29 aprel Azərbaycan Bakı, Bakı Şəhər Halqası
11-13 may İspaniya Barselona, Katalunya
24-27 may Monako Monte Karlo
8-10 iyun Kanada Monreal, Jil Vilnöv adına tras
22-24 iyun Fransa La-Kastelle, Pol Rikar
29 iyun-1 iyul Avstriya Şpilberq, Red Bull Rinq
6-8 iyul Böyük Britaniya Silverstoun
20-22 iyul Almaniya Hokkenhaym, Hokkenhaymrinq
27-29 iyul Macarıstan Budapeşt, Hunqarorinq
24-26 avqust Belçika Spa
31 avqust-2 sentyabr İtaliya Montsa
14-16 sentyabr Sinqapur (*) Sinqapur, Marina Bey
28-30 sentyabr Rusiya Soçi
5-7 oktyabr Yaponiya Suzuka
19-21 oktyabr ABŞ Ostin
26-28 oktyabr Meksika Mexiko, Rodriges qardaşları adına tras
9-11 noyabr Braziliya San Paulu, İnterlaqos
23-25 noyabr Əbu Dabi Əbu Dabi, Yas Marina

* – hələ təsdiq olunmayıb

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar