Fotosu Ermənistanda yayılan general danışdı: “Bununla fəxr edirəm...”

Fotosu Ermənistanda yayılan general danışdı: “Bununla fəxr edirəm…”
Want create site? Find Free WordPress Themes and plugins.

“Ananın əlini öpərlər, Şəhid anasının əlini isə iki dəfə öpərlər. O Şəhid anası millətin ən qeyrətli övladını dünyaya gətirib, yetişdirib, o oğul da vətən, Azərbaycan yolunda canını qurban verib. Elə bir ananın əlindən öpməmək günah deyilmi?!”

Bunu A24.az-a açıqlamasında ermənilər tərəfindən sosial şəbəkədə şəhid anasının əlini öpdüyü anın fotosu yayılmış ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.
Yaşar Aydəmirov fotonun çəkilməsindən də danışıb:

“O gün xüsusi plan qurmamışdım ki, elə bir hərəkət edəcəm. Şəmistan Əlizamanlı ilə Rey Kərimoğlunun Qarabağ savaşında qəhrəmanlıq göstərərək canından keçmiş 8 əsgərimizin şərəfli döyüş yolundan bəhs edən “8 oğul istərəm” filmi təqdim olunurdu. Zalda Şəhidlərimizin anaları da əyləşmişdi. Məni Şəhidin medalını anasına təqdim etmək üçün səhnəyə dəvət etdilər, mən də o ananın əlini öpdüm. Bu, instinkt məsələsidir, ürəyimdən gəldi, sanki mənə əmr olundu. Bununla da fəxr edirəm”.

Qeyd edək ki, erməni Haykaz Gevorgyan Feysbukda sözügedən fotonu paylaşaraq bunu yazıb: “Azərbaycanlı general şəhid anasının hüzurunda. Təəssüf ki, bizdə belə deyil”.

Zəhra

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar