Fransa polisi axtarışda olan terrorçunun şəklini yaydı - FOTO

Fransa polisi axtarışda olan terrorçunun şəklini yaydı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Fransa “Stad de Frans” stadionun yaxınlığında noyabrın 13-də partlayış törədən şəxsin kimliyi bilinib.

“A24.az” xəbər verir ki, bu, 20 yaşlı Fransa vətəndaşı Bilal Xadfidir.

“Associated Press” xəbər agentliyinin verdiyi məlumata görə, Bilal Parisdə özünü partladan 3 kamikadzedən biridir. Daha bir terrorist 31 yaşlı İbrahim Abdeslam üzərində olan partlayıcı qurğunu Parisin Volter bulvarında işə salıb.

Fransa milli polisi hazırda terrorçulardan birinin qardaşı olduğu iddia edilən Salah Abdeslamı axtarışa verib. Polis onun şəklini və əlamətlərini açıqlayıb. Salah Abdeslam sentyabrın 15-i 1989-cu ildə Brüsseldə doğulub. Onun boyu 1,75 sm-dir, gözləri qonurdur.

Belçika KİV-nin məlumatına görə, onun qardaşı Məhəmməd şənbə günü axşam Brüsselin Molenbek kommunasında tutulub və hazırda həbsdədir.
Bundan əlavə həmçinin qeyd olunurdu ki, kamikadzelər arasında 29 yaşlı Fransa vətəndaşı İsmayıl Ömər də olub. Onun Bataklan teatrında özünü partlatdığı bildirilir. Terrorçunun atası və qardaşı saxlanılıb.

Qeyd edək ki, Fransanın prezidenti Fransua Olland terrorçuların ölkədən qaçmaması və başqa terrorçuların ölkəyə daxil olmaması üçün bütün sərhədlərin bağlandığını bildirib. Fransa prezidenti həmçinin ölkədə fövqəladə vəziyyət elan olunduğunu bəyan edib. İkinci Dünya müharibəsindən sonra Fransada ilk dəfədir fövqəladə vəziyyət elan edilir.

CT3jpTNWwAAipNa

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar