Fransada erməni müğənnidən qalmaqallı sözlər - VİDEO

Fransada erməni müğənnidən qalmaqallı sözlər – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanda dünyaya gələn müğənni Çarls Aznavurun (Charles Aznavour) miqrantlar üçün dediyi sözlər insanların sərt reaksiyasına səbəb olub.

“A24.az”ın Türkiyə KİV-dən əldə etdiyi məlumata görə, müğənni Çarls Aznavur dövlət kanalı “France 2”də yayımlanan verilişdə qonaq olub.

Fransaya gələn yeni miqrantların seçilməsinin vacibliyi söyləyən Aznavur “aralarında işə yarayan və dahi olanları əldən qaçırmayaq. Əlbəttə, hər kəsi qəbul edə bilmərik, həm çətin, həm də normal deyil. Seçib işə yarayanları qəbul edək. Aralarında mütləq işə yarayanları vardır” deyə bildirib.

Aznavurun bu sözləri isə ölkə miqyasında müzakirələrə səbəb olub.

Sosial media istifadəçiləri “Twitter” üzərindən erməni ifaçısı Aznavurun ifadələrini paylaşaraq “mədəm bulanır”, “Aznavur irqçi simasını göstərdi”, “Özünün hardan gəldiyini unutdu”, “Vergisini İsveçrəyə ödəyən bu adamın dedikləri miqrant olaraq onu qəbul edən Marsilya şəhərinə təhqirdir”, “Qürursuz bir şərhdir” kimi fikirlər yazılıb.

Firuzə Alimova / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Son Dəqiqə, Dünya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar